GƏLƏCƏYİNİZƏ YATIRIM EDİN

Dəbdəbəli mənzillərin müstəsna kolleksiyası

Kataloqu yüklə

Eksklüziv yaşam tərzi

Klub formatlı Yacht Club Residences binası Bakı buxtasının ön xəttində yerləşərək, Xəzər dənizinə möhtəşəm mənzərəsi ilə seçilir. Buradan Bakı üfüqünü seyr etmək özü bir ecazkarlıqdır. Yaxınlıqda seçilmiş restoran və əyləncə məkanlarının olması isə bu əzəmətə xüsusi dəyər qatır.

Yacht Club Residences yüksək keyfiyyətli istirahət və biznesin inkişaf imkanlarını birləşdirən “work/life balance” nəzərə alınmaqla hazırlanmışdır.

1

Bina

24

Mənzil

2

Pentxaus

4000 m²

Kommersiya sahəsi

5 ☆

Xidmət

Füsunkar evinizə xoş gəldiniz

Rahatlıq və Komfort

Konsyerj xidmətləri

Sağlamlıq klubu

Misilsiz mənzərə

Düşünülmüş yatırım

Eksklüziv lounj sahələr

Qapalı hovuz

Unikal yerləşmə

Ofis sahələri

Özəl parkinq

Mərkəzi isitmə/soyutma

Özəlliklər

Sağlamlığın keşiyində

Fiziki və mənəvi cavanlaşmanı təmin edən sahilyanı yaşayış.

Geniş baxış bucağı

Döşəmədən tavana qədər olan pəncərələrdən gecə və gündüz sizi ilhamlandıran nəfəs kəsən mənzərə.

Füsunkar memarlıq

Zəngin zövqün tükənməz imkanlarını nümayiş etdirən müasir memarlıq.

Ünvan və Bizimlə əlaqə

Bazar ertəsi - Bazar  

9:00 - 18:00

[email protected]

Mikayıl Useynov pr. 35, Bakı

Sizə ideal evinizi göstərməkdən məmnun olarıq.

Tamamlanmış digər lahiyələr

Baku City Residences - Olimpik

Heydər Əliyev prospektində, Koroğlu m/s-nın yaxınlığında, 9 ha ərazidə inşa edilən “Baku City Residences Olimpik” unikal lokasiyası ilə fərqlənir. İctimai nəqliyyata yaxınlıq, əlverişli infrastruktur, 4 giriş-çıxışlı geniş həyət sakinlərə həm zaman qazandırır, həm də rahatlıq gətirir. Yaxınlıqda tədris müəssisələri, səhiyyə ocaqları, nəhəng hipermarket, ASAN, DOST xidmətlərinin, mühüm idman mərkəzlərinin və digər müəssisələrin yerləşməsi yaşayışı xeyli asanlaşdırır. Burada çox sayda dövlət qurumlarının və iş mərkəzlərinin olması “Baku City Residences Olimpik”i uğurlu biznesin doğru ünvanına çevirir.

• 9 ha ümumi sahə
• 8 bina
• 16 mərtəbə
• 784 mənzil
• 945 parkinq yeri
• 25 m. qapalı hovuz
• Fitnes və SPA
• Özəl klinika
• Supermarket
• Restoran
• Coffee-shop
• Qurme mağazası

Ümumi sahə - 9 ha Mərtəbə sayı -16
Bina sayı -8 Mənzil sayı -784
Kommersiya
sahəsi -
25 567 m2
Parkinq sayı -945

Baku City Residences - Khatai

“Baku City Residences Khatai” şəhərin ən göz oxşayan yerlərindən biri olan Ağ Şəhərdə 3 ha ərazidə yerləşir. Premium səviyyəli yaşayış kompleksi müştərilərin bütün tələblərini nəzərə alaraq müasir qapalı həyət konsepsiyası təqdim edir. Bakının ən populyar kafe və restoranları, fitnes mərkəzi, qapalı hovuzu və Landau uşaq bağçası ilə seçilən kompleks xoşbəxt ailələr üçündür. Pəncərələrdən açılan dəniz mənzərəsi təkcə sakinlərin deyil, sərmayəçilər üçün də stimuldur. “Baku City Residences Khatai” sadəcə ev deyil, düşünülmüş və rahat həyat təklif edir!

• 3 ha ümumi sahə
• 4 bina
• 20 mərtəbə
• 740 mənzil
• 894 parkinq yeri
• 25 m. qapalı hovuz
• Landau PreSchool
• Maşınsız yaşıl həyət
• Velosiped zolağı
• Fitnes və SPA
• Restoran
• Coffee-shop
• Qurme mağazası

Ümumi sahə - 9 ha Mərtəbə sayı -16
Bina sayı -8 Mənzil sayı -784
Kommersiya
sahəsi -
25 567 m2
Parkinq sayı -945

Bayıl Bay

Müasir italyan memarlıq ənənələrini əks etdirən Bayıl Bay orijinallığı, rahatlığı, yüksək həyat standartları ilə seçilən elit səviyyəli yaşayış binasıdır. Bayıl Bay terrasından səhər günəşinin şüaları altında ətrafa açılan heyrətamiz mənzərə inanılmaz duyğular yaşadıb, böyük nailiyyətlərə ilhamlandıracaq. Terraslarda bitən unikal bitkilər əsl oazisi xatırladır. Düşünülmüş yatırım və dəyəri artan sərmayə kimi ideal seçimdir.

• 36 mənzil

• 1 pentxaus

• 5 ulduzlu xidmətlər

• 24/7 konsyerj xidməti

• Fitnes və SPA mərkəzi

• Xəzərə ön xətdən açılan mənzərə

Ümumi sahə - 9 ha Mərtəbə sayı -16
Bina sayı -8 Mənzil sayı -784
Kommersiya
sahəsi -
25 567 m2
Parkinq sayı -945

Xüsusiyyətlər

01
TİKİNTİ TEXNOLOGİYASI
01
TİKİNTİ TEXNOLOGİYASI

10 mərtəbəli bina monolit dəmir-beton konstruksiyaya malikdir. Zəlzələyə və sürüşməyə davamlıdır.

02
DİVARLAR
02
DİVARLAR

Xarici divarların qalınlığı 30 sm, daxili arakəsmələr 10 sm, material – məsaməli kərpic. Mənzillərarası divarlar hər iki tərəfdən səs izolyasiya materialları ilə örtülür.

03
FASAD
03
FASAD

Binanın fasadının inşası və şüşələrin ahəngi sanki günəşin doğuşunun müsbət təzahürlərini sizinlə bölüşür.

04
PƏNCƏRƏLƏR
04
PƏNCƏRƏLƏR

Dəniz mənzərəli eyvana çıxmaq üçün sürüşmə sistemi və sıfır həddi olan nəhəng çərçivəsiz qapılar yerləşdirilir.

05
TAVAN HÜNDÜRLÜYÜ
05
TAVAN HÜNDÜRLÜYÜ

4-9 mərtəbələr – 4 m.
10 mərtəbə – 4.90 m.

06
İSTİLİK VƏ HAVALANDIRMA
06
İSTİLİK VƏ HAVALANDIRMA

Mərkəzləşdirilmiş istilik, soyutma və havalandırma sistemi.

Konsultasiya

Leyla Əhmədova

Sizin xidmətinizdədir

*0121